“Yollarda təhlükəsiz davranışı öyrənək” III intellektual yarışı keçirildi

Noyabrın 27-də Heydər Əliyev Mərkəzində orta ümumi təhsil məktəblərinin şagirdləri arasında “Yollarda təhlükəsiz davranışı öyrənək” III intellektual yarışı keçirilib.

Heydər Əliyev Mərkəzi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Avtomobil Federasiyasının birgə təşkilatçılığı, “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində baş tutan yarışda məktəbimizin 7 A sinif şagirdlərindən 8 nəfər şagird iştirak edib. Şagirdlər yaxşı nəticə göstərərək sertifikatla təltif olunublar.

Layihənin məqsədi yol hərəkəti iştirakçılarının həyat və sağlamlığının qorunması, yollarda təhlükəsiz və mədəni davranışın təbliği, məktəblilərin yol hərəkəti qaydaları barədə maarifləndirilməsidir.

Qeyd edək ki, yarışda Bakı şəhərinin 55 orta ümumi təhsil məktəbinin 7-8-ci sinif şagirdlərindən ibarət komandalar iştirak edib. İntellektual mübarizədə iştirakçılar “Yol hərəkəti qaydalarının tarixi”, “Avtomobillərin tarixi”, “Yol hərəkətinin iştirakçıları”, “Nəqliyyat vasitələri”, “Piyadalar və velosipedçilər”, “Avtomobillərin quruluşu və təchizatı”, “Yol nişanları” və digər mövzulara dair sualları cavablandırıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi