"Kiçik Akademiya təqdimatları" adlı konfrans keçirildi

Bakı Şəhəri Təhsil İdarəsi tərəfindən Nəsimi rayon məktəbləri arasında 164 nömrəli məktəbdə "Kiçik Akademiya təqdimatları" adlı elmi konfrans keçirilib.

Məktəbimizin 8 B sinif şagirdi Əsma Hüseynli həmin konfransda "Ağıllı şəhər" adlı proyekti ilə çıxış edib. Konfransda məktəbin fizika müəllimi Solmaz Ulubəyova və tarix müəllimi Sevinc Ağayeva da iştirak edib.

Qeyd edək ki, “Kiçik Akademiya” yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin elmi birliyidir.

Məktəbdə də 100-ə yaxın şagird “Kiçik Akademiya”nın üzvüdür. Akademiyanın prezidenti tarix müəllimi Sevinc Ağayeva, şagird-prezidenti isə IX sinif şagirdi Hüseyn Səmədzadədir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi