Şagirdlərimiz "Azerbaijan-Our Honour" adlı konfransda iştirak etdilər

Noyabrın 17-də 35 nömrəli tam orta məktəbdə “Enjoy English Club” - "Storytelling Club”la birgə "Azərbaycan-Bizim Şərəfimizdir" ("Azerbaijan-Our Honour") adlı 18-ci konfrans keçirilib.

Tədbirdə Amerika Təhsil şurasının ölkə üzrə nümayəndəsi Lalə Məmmədova, Azərbaycan Təhsil İnstitutunun əməkdaşı Aygün İsgəndərova, Amerika Mərkəzinin proqrqram koordinatoru Nərgiz Axundova, ingilis dili üzrə koordinator Gülnar xanım iştirak edib. Tədbirdə məktəblilərimiz də iştirak edib. Qonaqların iştirakı tədbirə rəngarənglik qataraq uşaqların sevincinə səbəb olub.

Şagirdlərimiz Tinatinin "Let's be united to be strong" və Fidanın "Heroes never Die” adlı təqdimatları konfransda maraqla qarşılanıb.

“Fun English Club”un üzvlərinin – 1 A sinfindən Raul, Timurçin, 1 B sinfindən Aliyənin ifa etdikləri “Everybody here, Goodbye “, 2 A sinfindən Aylin, Nuray, Firuzə, İnci, Xədicənin ifa etdikləri “We are the World“ tədbirə həm təravət, həm də gözəllik gətirdi. Tədbirin sonunda şagirdlərə BEİC və AMİB tərəfindən hədiyyələr, müəllim və şagirdlərə isə sertifikatlar təqdim olunub.

Məktəbimizin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnarə İsmayılova, tərbiyə işləri üzrə direktor müavin Aidə Quliyeva, ibtidai sinif müəllimlərindən Elmira Mahmudova, Bahar Babayeva, ingilis dili müəllimi Dilara Bünyatovaya da sertifikatlar verilib.
Sonda müəllim və şagirdlərin fəal iştirakına görə məktəbin direktoru Sevinc Budaqovaya tədbirin təşkilatçıları tərəfindən təşəkkürlər bildirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi