Dekabrın 1-i Dünya QİÇS-lə Mübarizə Günüdür

Dekabrın 1-i dünyada QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günü kimi qeyd edilir.
Hər il olduğu kimi bu il də şagirdlərin bu mövzu haqqında maariflənməsi, baş verə biləcək təhlükələrdən çəkinmələri, özlərini ola biləcək vəziyyətlərdən qorumaları üçün sinifdaxili tədbir keçirilib.
Belə ki, biologiya müəllimi İradə Aslanova dərs dediyi 6 A sinfində bu barədə geniş məlumat verib. O, şagirdlərə xəstəliyin yarana bilmə ehtimallarını, yarandıqdan sonra özünü qoruya və müalicə ala bilmə yollarını hər tərəfli izah edib. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirə aparılıb.