"Sənə can qurban, Azərbaycan!"

Məktəb "Kiçik akademiyası" üzvlərinin iştirakı ilə Qarabağ şəhidi, məktəbimizin məzunu Ceyhun Useynovun xatirə lövhəsinin qarşısında "Sənə can qurban, Azərbaycan!" adlı Anım tədbiri keçirilmişdir. Tədbirdə Kiçik Akademiyanın rəhbəri Sevinc Ağayeva, direktor müavinləri Gülnarə İsmayılova, Aidə Quliyeva, uşaq birliyi rəhbəri Süsən Məmmədova, kitabxana müdiri Təzəgül Məmmədova, müəllimlər iştirak etdilər. Tədbir 44 günlük vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızın 1 dəqiqə sükutla yad olunması ilə başlanılmış, Sevinc Ağayeva zəfər tariximizi qızıl hərflərlə yazmış qəhrəmanlarımızdan söz açmış, 30 ilə yaxın işğal altında qalmış tarixi torpaqlarımızı işğaldan azad olunmasını böyük bir tarixi qələbəmiz kimi qeyd etmişdir. Tədbirdə Kiçik Akademiyanın üzvləri 44 günlük vətən müharibəsindən, azad edilmiş ərazilərimizdən, qəhrəman oğullarımızın döyüşlərdəki şücaətindən, Azərbaycan prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağda aparılan quruculuq işlərindən bəhs etmiş, şeirlər səsləndirmiş, referatlarını təqdim etmişlər. Sonda direktor müavini Aidə Quluyeva çıxış edərək şagirdlərimizdə olan vətənpərvərlik hissini yüksək qiymətləndirmiş, şəhid məzunlarımızla bağlı məlumatlar vermiş, qəhrəmanlarımızı böyük ehtiramla yad etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi