Torpaq, uğrunda ölən varsa, Vətəndir!

Vətən! Uğrunda canımızdan keçərək qanlar tökdüyümüz Vətən! Vətən təkcə üzərində gəzdiyimiz torpaq deyil, Vətən bizim hər şeyimizdir. Vətən bizləri bir məqsəd və amal uğrunda birləşdirən dəyərli bir yerdir. Vətən bir millətin üzərində yaşadığı coğrafiyadır. Torpağı Vətən edən millətin onda yaşadığı tarix, onunla qurduğu mədəniyyət əlaqələridir. Vətən gözümüzün dünyada ilk gördüyü torpaqdır. Vətən bədənimizin bir parçasıdır. Vətən atalarımızın qəbiristanlığı, övladlarımızın dünyaya gəldiyi yerdir. Vətəni sevmək sadəcə torpağı sevmək deyil, Vətənin daşını, havasını, suyunu sevmək deməkdir. Vətənə bağlılıq onu sevmək, qorumaq və inkişaf etdirməkdir. Cünki nə Vətənsiz bir millət, nə də millətsiz bir Vətən ola bilər. Hər bir insan üçün Vətəni qorumaq dövlət və milləti qorumaq, Vətəni sevmək də dövlət və milləti sevməkdir. Vətəni sevmək isə onu düşmənlərə verməmək, hər an onun müdafiəsinə hazır olmaq və lazım olduğu zaman onun üçün canını vermək kimi müqəddəs bir vəzifədir - deyə 5Ç sinif şagirdi Nuray Cəfərli söylədi.
"27 sentyabr Anım Günü" münasibəti ilə konfrans zalında ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə məktəbin direktoru Sevinc Budaqova, təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnarə İsmayılova, tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva, uşaq birliyi rəhbəri Süsən Məmmədova, Azərbaycan dili müəllimləri Kəmalə Cəfərova, Günnur İsgəndərova, rus dili müəllimi Nigar Atayeva, valideynlər, məktəbin digər şagirdləri iştirak edirdi. 5Ç sinif şagirdləri sinif rəhbərləri Leyla Cumayevanın təşəbbüsü ilə hazırlaşaraq mahnılar ifa etdi, şeirlər söylədi və çıxışlar etdilər. "Dəmir yumruq", "Əsgər qardaşım", "44 Gün" mahnılarını xorla ifa edən şagirdlərin gözlərinindəki qürur hissi aydınlıqla oxunurdu. 5-cilər şeirlərində, hazırladıqları çıxışlarında Qalib Azərbaycan xalqının nümayəndələri olmaqları ilə fəxr etdiklərini hiss etdirirdilər. Tədbirin sonunda çıxış edən direktor müavinləri Gülnar İsmayılova və Aidə Quliyeva öz növbələrində Müzəffər Ali Baş Komandana bizə yaşatdığı bu qürur dolu günlər üçün təşəkkürlərini bildirdilər. Həmçinin tədbiri təşkil edən Leyla Cumayevaya, valideynlərə, şagirdlərə minnətdarlığını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi