20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir

Gənclərimiz tarixi həqiqətləri bilməlidir. Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır. Şagirdlərimizin həqiqətləri unutmaması və daim yaddaşlarında qalması üçün hər il olduğu kimi bu il də 20 Yanvar-Hüzn gününə həsr olunmuş tədbir hazırlandı. Musiqi müəllimi Leyla Cumayeva, ibtidai sinif müəllimi Nazilə Osmanovanın təşkilatçılığı və 4Ç sinif şagirdlərinin iştirakı ilə konfrans zalında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni və şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbir şagirdlərin şeirlər səsləndirməsi, şəhidlərimizə həsr olunmuş mahnılar oxuması, tarixi unutmadığımıza dair çıxışlar etməsi ilə davam etdi. Tədbirdə direktor müavinləri Aidə Quliyeva, Gülnarə İsmayılova, Azərbaycan dili müəllimləri, uşaq birliyi rəhbəri, valideynlər iştirak edirdi. Sonda həmin dövrün canlı şahidləri olan direktor müavinləri faciə haqqındakı gördükləri gerçəkləri, Azərbaycan dili müəllimi Kəmalə Cəfərova hüzn günü ilə bağlı hiss etdiyi duyğuları şagirdlərlə bölüşdülər. Tədbirdə yaxından iştirak etdiklərinə görə 4Ç sinfinin şagirdləri təşəkkürnamələr ilə təltif edildilər.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi