Azərbaycan dili-nümunəvi dərs

Dahi Azərbaycan yazıçısı, drijoru, bəstəkarı, dramaturqu Üzeyr Hacıbəyova həsr olunmuş nümunəvi dərs keçirildi. Məktəbin 9C sinfi ilə təşkil olunan dərsi Azərbaycan dili müəllimi Kəmalə Cəfərova aparırdı. Dərsin gedişatına uyğun olaraq şagirdlərin hazırladıqları slayd nümayiş olundu, onların ətrafında müzakirələr aparıldı, qrup işləri həyata keçirildi və ünvanlanan suallar cavablandırıldı. Kəmalə xanım da öz növbəsində Üzeyr Hacıbəyov haqqında bildiyi məlumatları şagirdlərlə bölüşərək onların məlumatlanmasına köməklik göstərdi. Dərsdə metodbirləşmə sədri İradə Ağayeva, Azərbaycan dili müəllimi Günnur İsgəndərova, ingilis dili müəllimi Dilarə Bünyatova, direktor müavini Gülnarə İsmayılova iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi