"Son zəng"

Bu gün 46 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirildi. Məktəbimizdən 3 sinif-11A, 11C, 11Ç sinifləri məzun oldular. Tədbir məktəbin həyətində, açıq havada keçirildi. Tədbirin başlanması üçün söz məktəbin direktoru Sevinc xanıma verildi. Açılış sözü ilə çıxış edən Sevinc xanım şagirdləri təbrik etdi, 2021-2022-ci tədris ilindəki uğurlardan, il boyu öz fəaliyyəti ilə fərqlənən müəllimlərimizdən bəhs etdi, pedoqoji fəaliyyətini uğurla tamamlayan müəllimlərimizi və müxtəlif milli və beynəlxalq müsabiqələrdə qalib gələn şagirdlərimizi təbrik və “Təşəkkürnamə”lərlə təltif etdi. Tədbirə qonaq qismində qatılan Nəsimi Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünü idarəetmə şöbəsinin müdiri Elnur Hüseynov da çıxış edərək şagirdlərə uğurlar arzuladı. Məzunlar fənn müəllimlərini təbrik edərək hazırladıqları proqramlarla tədbirə xüsusi rəng qatdılar. Təbrikə həmçinin birincilər öz şeirləri ilə, beşincilər isə rəqsləri ilə qoşuldular. Tədbirimizə 2011-ci il Avroviziya qalibi Eldar Qasımov da qatılaraq 11-ləri öz ifası ilə təbrik etdi. Ənənəvi hal alan bilik açarının təqdim olunması mərasimində isə məktəbimizin buraxılış imtahanında yüksək nəticə göstərən Abdullayev Azad Fərhad oğlu "Bilik açarını" 9-cu sinfi fərqlənmə attestatı il bitirən 10Ç sinif şagirdi Əlizadə Mədinə Arzu qızına təhvil verdi. Bundan başqa məktəbin direktoru Sevinc xanım Azvision.az saytına “Son zəng”lə bağlı müsahibə verdi. Sonda simvolik zəng çalındı və tədbir sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi