Məktəbimizdə Müstəqilliyimizin 25-ci il dönümünü qeyd etdik

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibəti ilə Uşaq Birliyinin Rəhbəri Süsən İdrisovanın təşkilatçılığı ilə tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə açıq elan olundu. Daha sonra tarix müəllimləri Sevinc Ağayeva və Marina Səfərəliyeva müstəqilliyimizi qazanmağımız uğrunda çəkdiyimiz əziyyətlərdən, itirdiyimiz canlardan, tökdüyümüz qanlardan danışdılar. Musiqi müəllimi Kəmalə Qədimovanın təşəbbüsü ilə şagirdlər "İlhamlı Sabahlar" mahnısını xorda ifa etdi, sonra məktəbimizin 6-cı, 7-ci, 8-ci sinif şagirdləri şeirlərini səsləndirdi, 10-cu sinif şagirdimiz müstəqilliyimizi ilk tanıyan dövlətlər, xalqımıza kömək edən qardaş ölkələr haqqında məlumatlar verdi. Həmçinin məktəbimizin istedadlı şagirdləri bayrama öz rəqsləri ilə qoşuldular. Müstəqilliyimizlə bağlı məktəbin müəllim və şagirdləri tərəfindən slaydlar hazırlanmış, mahnılar səsləndirilmiş, divar qəzetləri hazırlanılmışdı. Tədbir sonda Azərbaycan Respublikasının Dövlət bayrağının səhnədə milli musiqi sədaları altında dalğalandırılması ilə başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi