Vətən Müharibəsinin əsl qəhrəmanı: İlham Əliyev

“Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2020-2021-ci tədris ili üçün Fəaliyyət Planına uyğun olaraq 46 nömrəli tam orta məktəbdə N.Atayevanın tarix müəllimləri S.Ağayeva. M.Səvərəliyeva və Azərbaycan dili müəllimi N.Atayevanın və məktəbin VII-IX sinif şagirdlərinin iştirakı ilə Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini Şanlı Qələbəyə aparan daxili və xarici siyasəti ilə bağlı “Ali Baş Komandanın uğurlu siyasəti” və “Ali Baş Komandanın xarici dövlətlərə verdiyi müsahibələrdə dövlətçilik ruhu” mövzularında tədbir keçirildi.

          Tədbirdə  şagirdlər təqdimatlarında cənab Ali Baş Komandan İlham Əliyevin qətiyyət, iradə, əzm, milli ruh, yüksək idarəçilik dəyərləri və rəhbərliyi, xalqımızın vətənpərvərlik duyğularının birgə həmrəyliyi ilə Azərbaycan ordusunun tarixin ən şanlı və şərəfli qələbəsini qazanması haqqında geniş məlumat verdi. Eyni zamanda müəllimlərimiz İlham Əliyevin nəinki milyonlarla azərbaycanlının, eləcə də bütün türk dünyasının görkəmli siyasi xadim və ötən 200 illik tariximizdə Azərbaycan torpaqlarını işğaldan azad edən  ilk fateh dövlət başçısı olmasını bir daha şagirdlərə bəyan etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi