46 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirildi

     Aprelin 15-də 46 nömrəli tam orta məktəbdə "Narkomaniyaya yox deyək" mövzusunda geniş maarifləndirici onlayn tədbir keçirildi. Tədbirin məqsədi yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərməyə, onların hüquq və mənafelərini qorumağa, qanunazidd əməllərin qarşısını almağa, , antinarkotik təbliğat və maarifləndirmə, məktəblilərin sağlam həyat tərzi ilə əlaqədar fiziki hazırlıqların inkişaf etdirilməsi, istiqamətində olmuşdur. 

     Tədbirdə Nəsimi rayon Polis İdarəsinin YYÇ şöbəsinin rəisi polkovnik-leytenant Firdovsi Əsədli, həmin şöbənin müfəttişləri baş leytenant Camal Məcidov, leytenant Ziba iştirak etdilər.Onlar narkomaniyaya qarşı mübarizə üsulları, zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərdən, acı fəsadlarından, hüquqa zidd əməllərdən qorunma yollarından profilaktik söhbətlər etdilər və şagirdlərlə diskussiyalar aparıldı.

      Sonda Məktəbin direktoru Sevinc Budaqova  zərərli vərdişlərlə mübarizədə maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq, yeniyetmələri sağlam həyat tərzi keçirməyə, ətraf aləmin gözəlliklərindən – təbiətdən, kitablardan, maraqlı insanlarla ünsiyyətdən zövq almağa, faydalı bilik və bacarıqlar öyrənməyə çağırdı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi