Əbürrəhim bəy Haqqverdiyev - 150

2020-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi tamam olur.

Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 31 yanvar 2020-ci il tarixli sərəncamına əsasən 46 nömrəli tam orta məktəbin Azərbaycan dili müəllimi Quliyeva Fatma 6b sinfində onlayn tədbir təşkil edib. Əbdürrəhim bəy Haqverdiyevin "Marallarım" silsilə hekayələri milli bədii nəsrin tarixində kiçik hekayə janrının ən kamil örnəklərindən sayılır. Şagirdlər ədibin yaradıcılığına aid müxtəlif video-çarxlar, şəkillər nümayiş etdiriblər. Daha sonra yazıçının "Bomba", "Mirzə Səfər", "Çeşmək" hekayələri müzakirə edilib. "Mirzə Səfər"hekayəsindən sənəcik hazırlayıblar.

Əbdürrəhim bəy Haqverdiyevin adının UNESKO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi çoxəsrlik ədəbiyyatımızın parlaq siması olan ədibin mənəvi sərvətlərimizi və ali ümumbəşəri dəyərləri özündə təcəssüm etdirən humanist ruhlu yaradıcılığının lazımınca və yüksək qiymətləndirilməsinin aydın təzahürüdür

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi