"Qələbə günü" münasibəti ilə məktəbimizin konfrans zalında tədbir keçirildi.

9 May "Qələbə günü" münasibəti ilə məktəbimizin musiqi müəllimi Kərimova Gülnarə 7-ci sinif şagirdləri ilə birgə tədbir hazırladı. Tədbir müharibədə qəhrəmanlıqla həlak olanların ruhunu yad etmək məqsədi ilə bir dəqiqəlik sükutla başladı. Sonra şagirdlər şeirlər söylədi, rəqslər etdilər. Həmçinin qəhrəmanlıq ruhunda musiqilər səsləndirildi,. Tədbirdə məktəbin müdiriyyət heyəti, başqa siniflərin şagirdləri də iştirak edirdilər.