20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunmuş xüsusi dərs

    Yanvarın 17-də məktəbin illik fəaliyyət planına əsasən məktəbin tarix müəllimi Esmira Zaynutdinovanın təşkilatçılığı ilə 6 “C” sinfində 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunmuş xüsusi dərsi keçirildi. Dərs ilk olaraq Azərbaycan xalqının azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

    Esmira xanım dərs zamanı 20 Yanvar hadisələri barədə geniş məlumat vermiş. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş faciəvi hadisələrin qan yaddaşımıza yazıldığını, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda gedən mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd etmiş. Eləcə də 20 Yanvar hadisələrinin nəticələrindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının qəhrəmanlıqlarından bəhs etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi