10"C" sinif şagirdinin uğuruMəktəbin 10"C" sinif şagirdi Mürsəli Əhməd Kavən oğlu Cüdo üzrə "Judo Masters Club" tərəfindən II yerə layiq görülüb və diplomla təltif olunub. Şagirdi təbrik edir və ona gələcək yarışlarında uğurlar arzulayırıq.
Məktəbin növbəti uğuruİbtidai sinif müəllimi Təranə Nuriyeva öz sinif şagirdləri ilə qoşulduğu eTwinning layihəsi çərçivəsində “Su elçileri her yerde” proyektində iştirak edib. eTwinning-də layihəmiz uğurla icra olunduğu üçün sonuncu mərhələ olan Milli Keyfiyyət Nişanı ilə təltif olunub.
Boks üzrə I yerin qalibiMəktəbin VI "B" sinif şagirdi Rəhimov Qardaş Altay oğlu Boks üzrə Qəbələ rayon açıq birinciliyində (açıq havada) 2010-2011 təvəllüdlü idmançılar arasında 24 kq çəki dərəcəsində I yer tutduğuna görə “Diplom”l və medalla təltif olunub. Şagirdi təbrik edir, ona gələcək yarışlarında uğurlar arzulayırıq.