Mütaliə vərdişlərini inkişaf elətdirək

2019-cu il  noyabr ayının 30-da Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndələrindən biri, şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü İlyas Tapdığın 85 yaşı tamam oldu. Bu məqsədlə R.Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbin 5 “b” sinfində Azərbaycan dili və ədəbiyyat müəllimi Köçərli Gülşənin rəhbərliyi ilə əziz şairimizin xatirəsinə ehtiram əlaməti olaraq, şagirdlərdə mütaliə vərdişlərinin və oxu mədəniyyətinin inkişafı məqsədi ilə seminar keçirildi. Seminarı giriş sözü ilə Köçərli Gülşən açaraq, ədibin Azərbaycan ədəbiyyatına verdiyi töhfələr haqqında məlumat verdi. İlyas Tapdığın həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirildi. Aparıcılar İlyas Tapdıqın həyat və yaradıcılığına qısa nəzər saldılar. Daha sonra bir-birinin ardınca İlyas Tapdıq haqqında tanınmış şəxslərin dediyi sözlər, şairin deyimləri, “Gədəbəydədir”, “Aysel şeir söyləyir”, “Üzüm”, “Badam”, “Balaca Tural” və s. şeirləri şagirdlər tərəfindən söylənildi. 5”b” sinif şagirdləri Zərbəliyeva Dəniz, Abbaszadə Nuray və Zülfüqarova Humay İlyas Tapdıqın “Bir şəhiddir ürəyim” şeirinə həsr olunmuş ədəbi kompozisiyanı təqdim etdilər. Seminarın sonunda 5”b” sinif şagirdləri əziz şairimizin “Gədəbəydədir” şeirinə bəstələdikləri mahnını ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi