İsmayıl Şıxlının 100 illik yubileyi

Azərbaycanın xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə uyğun hazırlanmış Tədbirlər Planının icrası istiqamətində məktəbimizdə növbəti tədbir keçirildi. Dəyirmi masa ətrafına toplanmış 7 “B” sinfinin şagirdləri yazıcının həyat və yaradıcılığı, ictimai fəaliyyəti haqqında məlumat verdilər. Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Məmmədovanın rəhbərliyi ilə sevimli ədibin şah əsərləri sırasında dayanan “Dəli Kür” romanının müzakirəsi aparıldı. Müəllimə bildirdi ki, Azərbaycan ədəbiyyatının XX əsrdə yetişdirdiyi ən görkəmli şəxsiyyətlərindən biri olan İsmayıl Şıxlı haqqında düşünərkən hər bir azərbaycanlının ağlına “müəllim”, “mütəşəkkür”, “milli yazıçı”, “mərdlik” kimi anlamlar gəlir. Şagirdlər tərəfindən “Dəli Kür” romanı Azərbaycan ədəbiyyatında mühüm ədəbi bir hadisə kimi dəyərləndirildi. Romanda yaratdığı bir-birindən maraqlı, yaddaqalan obrazlar haqqında onlar müxtəlif fikirlər söylədilər. T.Məmmədova şagirdlərin fikirlərini dinləyərək qeyd etdi ki, İsmayıl Şıxlı öz əsərlərində qədim adət-ənənələri daim yaşatmışdır. 1969-cu ildə Xalq yazıçısı İsmayıl Şıxlının yazdığı və ssenari müəllifi olduğu “Dəli Kür” filmində Azərbaycan kinosu tarixində ilk dəfə Novruz bayramı icazə alınmadan filmdə səhnələşdirilib. Bu günədək həmin səhnə filmin ən maraqlı və gözəl anlarından biri kimi yaşayır. Filmin Novruz adət ənənələri ilə bağlı bir neçə səhnəsi monitorda şagirdlərə nümayış etdirildi. Dərsin ən maraqlı cəhətlərindən biri o oldu ki, İsmayıl Şıxlının tələbəsi olmuş T.Məmmədova onun haqqında maraqlı təəssüratlarını uşaqlarla bölüşdü. Hesab edirik ki, bu cür tədbirlər şagirdlərin mütaliə vərdişlərinin inkişafında mühüm rol oynayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi