Pedaqoji şuranın iclası keçirildi

26 noyabr 2019-cu il tarixdə məktəbdə pedaqoji şuranın növbəti iclası keçrildi. İclası məktəbin direktoru Tahirə Şükürova açaraq ölkəmizdə aparılan təhsil siyasətindən, dövlətin təhsilə göstərdiyi diqqət və qayğısından ətraflı danışdı. İclas iştirakçılarını pedaqoji şuranın gündəliyi ilə tanış etdikdən sonra T.Şükürova Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən “Məktəb seminarları''nda diqqətə çatdırılan məsələlər haqqında müəllimləri ətraflı məlumatlandırdı. Məktəb rəhbərliyi tərəfindən keçirilmiş azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə aparılan diaqnostik qiymətləndirmənin müqayisəli nəticələri kollektiv üzvlərinə təlim tərbiyə işləri üzrə direktor müavini Təranə Süleymanova tərəfindən çatdırıldı. Sonra IX siniflərdə diaqnostik qiymətləndirmədə zəif nəticə göstərən şagirdlərlə görüləcək işlər barədə təkliflər eşidildi və müvafiq qərarlar qəbul olundu. Gündəliyin növbəti məsələsi “Müəllimlərin etik davranış qaydaları” barəsində məktəbin tərbiyə işləri üzrə direktor müavini K.Rəhimova danışaraq, müəllim-şagird, müəllim-valideyn münasibətlərindən bəhs etdi. Şagirdlərin nizam intizam qaydalarının və dərsə davamiyyətinin nəticələri, sinif rəhbərlərinin iş planı, məktəbli forması, qarşıda duran tədbirlər haqqında məlumat verdi. Məktəbdə sağlamlıq üçun təhlükəsiz və zərərsiz təhsil şəraitinin təşkili haqqında məktəb psixoloqu V.Nəsibova çıxış edərək sağlam-psixoloji mühitin yaranması üçün lazımi amillərdən, bullinq və onun zərərlərindən, ona qarşı mübarizədən danışdı. Sinif jurnallarının yazılması, metodbirləşmə rəhbərlərinin işi barədə konkret tapşırıqlar verildikdən sonra şuranın iclası bitdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi