Ətraf mühitin mühafizəsi

Tədbirlər Planına əsasən plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri və alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti haqqında məlumatlılığın artırılması istiqamətində növbəti maarifləndirici seminar 8c sinfində Nəhayət Qasımovanın həyat bilgisi dərsində keçirildi. Müəllim ilk olaraq mövzu haqqında şagirdlərə məlumat verdi. Sonra şagirdlər hazırladıqları təqdimatlarla çıxış edərək plastik və polietilen qabların orqanizmə zərərindən danışdılar. Bəziləri vurğuladı ki, bakteriyaların çoxluğu səbəbi ilə paketlərdəki ərzaqlar daha tez xarab olur. Digər şagirdlər isə plastik qabları onlar üçün ayrılmış xüsusi konteynerlərə atılmasından danışıb bu işin ətraf mühitin mühafizəsinə dair atılmış kiçik amma gələcəkdə nəticəsi böyük olacaq bir addım olduğunu qeyd etdilər. Bundan başqa onlar plastik qabların alternativlərindən-şüşə qablardan, polietilen torbaların əvəzləyicisi olan parça və ya kağız torbalardan istifadənin xeyrindən də danışdılar. Şagirdlər mövzu ətrafında müzakirələr apardılar. Sonda onları maraqlandıran suallar müəllim tərəfindən cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi