Hər bir şagirdin qayğısına qalaq

Hər il olduğu kimi, bu il də ənənəvi olaraq noyabr ayında Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində ümumi təhsil məktəblərində Uşaq hüquqlarI aylığı elan edilmişdi. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması, uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir. Bu məqsədlə il ərzində mütəmadi olaraq işlər aparılsa da, noyabr ayı ərzində xüsusi olaraq müxtəlif siniflərdə “Mənim hüquqlarım“ mövzusunda söhbətlər aparılmış, disputlar keçirilmişdir. Sinif təşkilat saatlarında uşaq hüquqları ilə bağlı şagirdlərə ”Sən hüquqularını bilirsənmi?” mövzusunda sinif rəhbərləri tərəfindən söhbətlər aparılmışdı. Yuxarı sinif şagirdlərinin iştirakı ilə müxtəlif maarifləndirici tədbirlər, dəyirmi masalar, seminarlar təşkil edilmişdir. Belə tədbirlərdən biri də növbəti dəfə 4B sinfində təşkilat saatında keçirildi. Sinif rəhbəri Zülfiyyə Həsənova mövzu haqqında uşaqlara ətraflı məlumat verdikdən sonra sözü onlara verdi. Kiçik yaşlı məktəblilər hazırladıqları təqdimatlara əsasən öz hüquqları haqqında danışdılar. Kimi istirahət hüququ, kimi təhsil almaq hüququ, sağlamlıq və digər hüquqlar haqqında danışdılar. 1c sinfində də Sevinc Paşayeva uşaqların hüquqlarını onlara aydın şəkildə izah etdi. Hesab edirik ki, gələcəkdə uşaqların şəxsiyyət kimi formalaşmalarında indidən öz hüquqlarını bilmələri vacib amillərdən biridir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi