"İKT-İRS" layihəsinin açılış mərasimi

Noyabrın 15-də 39 nömrəli məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi “İKT-İRS” layihəsinin rəsmi açılış mərasimi təşkil edildi. Tədbirin proqramına uyğun olaraq  4c Gülşən Tağıyevanın və 4ç Aytən Rəfiyevanın siniflərində “Balıq əhvalatı” və “Ailəsini sevməyən vətənini sevməz” adlı nümunəvi dərsləri təqdim olundu. Sonra akt zalında tədbirin rəsmi açılış mərasimi başladı.Tədbiri məktəbin direktoru və layihənin rəhbəri Tahirə Şükürova açaraq gələn qonaqları salamlayıb, layihə haqqında hesabat xarakterli çıxış etdi. Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə innovasiyalar Sektorunun müdiri Orxan Abbasov, BŞTİ-nın İnkişaf Layihələri Sektorunun aparıcı məsləhətçisi Xəyalə Rüstəmova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində Təlimə Dəstək Mərkəzinin metodisti Roza Rüstəmova, Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi çərçivəsində ümumi təhsil kateqoriyası üzrə qalib gəlmiş təhsil müəssisələrin rəhbərləri və digər qonaqlar iştirak edirdilər. Tədbirin sonunda qonaqlar məktəbin foyesində təşkil olunmuş Azərbycanın milli-mənəvi dəyərlərini əks etdirən sərgi ilə tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi