Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd edildi

Bildiyimiz kimi ölkə prezidenti İlham Əliyev  2019-cu il 17 yanvar tarixli “Görkəmli yazıçı-dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin layiqincə qeyd edilməsi” haqqında fərman imzalamışdır. Bununla əlaqədar olaraq ədibin yubileyi məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi Gülşən Köçərlinin rəhbərliyi altında 7a sinif şagirdləri ilə birgə təşkil olundu. Tədbiri giriş sözü ilə  Gülşən Köçərli açaraq ədibin yaradıcılığı haqqında geniş məlumat verdi. Sonra yazıçının həyatını əks etdirən videoçarx nümayiş etdirildi. Aparıcılar  C.Məmmədquluzadənin həyat və yaradıcılıq yolu haqqında danışdılar. 7a sinif şagirdləri yazıçı-dramaturqun aforizmləri, müəllif tərəfindən özünəməxsus şəkildə dəyişdirilən atalar sözləri, “Azərbaycan”, “Dil”,“Əlifba”, “Aclar”, “Niyə məni döyürsünüz” adlı məqalə və felyetonlarini söylədilər. Sonda şagirdlər “Saqqallı uşaq” hekayəsini və “Çay dəsgahı” mənzum alleqorik pyesini səhnələşdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi