H.Z.Tağıyevin məzarını ziyarət etdik

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə Inkişaf və Innovasiyalar üzrə üçüncü qrant müsabiqəsi"nin qalibi R.Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbin “İKT-İRS” lahiyəsi əsasında hazırlanmış məşhur Azərbaycan xeyriyyəçisi Haci Zeynəlabdin Tağıyevin həyatından real epizodu əks etdirən “Balıq əhvalatı” nağılı azərbaycan və rus dillərində sinifdənxaric oxu materialı kimi şagirdlərə təqdim edilmişdir. Bununla əlaqədar olaraq "İKT-İRS” lahiyəsinin qalibi 39 nömrəli tam orta məktəbin rəhbərliyi və bu işdə fəal iştirak edən 3Ç sinfinin şagirdləri və müəllimi Yeganə Abdullayeva H.Z.Tağıyevin xatirəsinə hörmət əlaməti olaraq onun məzarını ziyarətə getdilər. Məşhur xeyriyyəçinin məzarına təzə çiçək dəstələri qoydular, onun xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi