Bayrağımız qürur yerimizdir

Bu gün  məktəbin tarix müəllimi Lalə Abdullayeva 5 "Ç" sinfində qarşıdan gələn “9 Noyabr-Dövlət Bayrağı Günü” münasibəti ilə nümunəvi dərs  təşkil etdi. Dərsdə şagirdlər Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında geniş məlumatlar  verdilər. Müəllimə qədim Azərbaycan dövlətlərinin, xanlıqlarının bayraqları və müstəqil Azərbaycan Respublikasının bayrağının tarixi keçmişi haqqında maraqlı  məlumatlar verdi. Şagirdlər hazırladıqları təqdimatlarla çıxış etdilər. Vətəni, dövləti tərənnüm edən şeirlər söylədilər, əl işlərini nümayiş etdirdilər. Dərsin sonunda şagirdlər maraqlı videoçarxa  tamaşa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi