Plastik qablaşdırma tullantılarının ətraf mühitə təsiri

Ətraf mühitin mühafizəsi hər kəsin borcudur. Hər kəs ana təbiətin qorunmasında pay sahibi olmalıdır. Bunun üçün məktəblərdə ekoloji tərbiyənin rolu böyükdür. Bildiyimiz kimi, “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyev 2019-cu il fevralın 7-də Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən təsdiq edilmiş Azərbaycan Respublikası təhsil nazirinin 13 mart 2019-cu il tarixli, F-127 nömrəli əmrinin icrasına dair Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı tərtib olunub. Noyabrın 1-də məktəbimizdə Tədbirlər Planına əsasən plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri və alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti haqqında məlumatlılığın artırılması istiqamətində maarifləndirici seminar və təqdimat keçirildi. Məktəbin coğrafiya müəllimi Zəminə Hüseynli ilk olaraq mövzu haqqında şagirdlərə məlumat verdi. Sonra şagirdlər hazırladıqları təqdimatlarla çıxış edərək plastik və polietilen qabların orqanizmə zərərindən danışaraq dedilər ki, bakteriyaların çoxluğu səbəbi ilə paketlərdəki ərzaqlar daha tez xarab olur.
Şagirdlər plastik qabları onlar üçün ayrılmış xüsusi konteynerlərə atılmasından da danışıb bu işin ətraf mühitin mühafizəsinə dair atılmış kiçik, amma gələcəkdə nəticəsi böyük olacaq bir addım olduğunu qeyd etdilər. Bundan başqa onlar plastik qabların alternativlərindən - şüşə qablardan, polietilen torbaların əvəzləyicisi olan parça və ya kağız torbalardan istifadənin də danışdılar. Şagirdlər mövzu ətrafında müzakirələr aparıb və onları maraqlandıran suallar müəllim tərəfindən cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi