Azərbaycan gəncləri narkotiklər əleyhinə

25 oktyabr 2019-cu il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda məktəblilər arasında inşa – yazı və rəsm müsabiqələrinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Müsabiqədə 18 orta ümumtəhsil müəssisəsindən 78 nəfər məktəbli iştirak etmişdir. Məktəbimizi bu müsabiqədə təmsil edən 8 A sinif şagirdi Səfurə Qəzənfərli 2-ci yerin qalibi olaraq Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom, medal və hədiyyə ilə, Süleymanova Tamella isə müsabiqədə fərqləndiyinə görə fəxri fərmanla təltif olunmuşlar.Şagirdlərimizi ürəkdən təbrik edir, onlara uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi