Azərbaycanın dövlət müstəqilliyinin ildönümünə həsr olunmuş şeir müsabiqəsi keçirildi

Bu gün məktəbimizdə 6-cı sinif şagirdləri arasında elan etdiyimiz Azərbaycanın dövlət müstəqilliyinin ildönümünə həsr etdiyimiz şeir müsabiqəsinin yekun mərhələsi keçirildi. Hər sinifdən seçilmiş şagirdlər və onların ədəbiyyat müəllimləri və məktəb rəhbərliyi akt zalında yığıldılar. Tədbiri giriş sözü ilə açan metodbirləşmə rəhbəri Köçərli Gülşən hər kəsi qarşıdan gələn Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə təbrik edib sözü məktəbin direktoru Tahirə Şükürovaya verdi. Tahirə xanım çıxış edərək dedi ki, müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Ulu öndərin yorulmaz səyləri nəticəsində qısa müddətdə Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Bu gün Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində inkişaf xətti ilə irəliləyir, inkişaf edir. Şagirdlərin də öhdəsinə düşən təhsildə qazandığı uğurlar ilə öz dövlətinin inkişafına xidmət eləsin. Sonra söz şagirdlərə verildi. Onların çıxışından sonra ümumi rəy əsasında qaliblər elan edildi. 1-ci yeri 6ç sinif şagirdi Abışova Mehriban, 2-ci yerə 6b sinif şagirdi Nəbiyev Kazım,3-cü yerə Əliyeva Yeganə,4-cü yerə Eyyubova Nuray layiq görüldülər. Şagirdlərimizi təbrik edir, onlara uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi