“Qisası qiyamətə qoymayan igid!” adlı tədbir

Dünən Milli Azərbaycan Tarixi muzeyində Azərbaycanın  Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş “Qisası qiyamətə qoymayan igid!” adlı ədəbi-bədii kompozisiya  keçirildi. Tədbirdən əvvəl  Ulu öndər Heydər Əliyevin şəkli önünə gül dəstələri qoyuldu, xatirəsi anıldı. Sonra Azərbaycanın dövlət himnin səsləndi və  tədbiri açıq elan etmək üçün söz məktəbin direktoru Tahirə Şükürovaya verildi. O, Milli Qəhrəmanın keçdiyi qısa həyat yolundan danışaraq dedi ki, Mübariz qısa ömür yaşasa da, canını vətən yolunda fəda etməsi ilə özündən sonra böyük bir igidlik, mübarizlik  məktəbi qoydu. İndi hər bir azərbaycanlı onun mübarizə dolu həyatı ilə fəxr edir. Mübariz ölümün gözünə dik baxaraq, vətən sevgisinin heç nə ilə əvəz olunmadığını bir daha sübut etdi. Bu şücaəti ilə Mübariz Azərbaycan gəncliyinə başucalığı gətirdi. Bu gün hər bir  gənc  Mübariz qəhrəmanlığından  örnək alır, nümunə götürür. Sonra məktəbin direktoru Biləsuvar rayonunda olarkən Milli Qəhrəmanın atası Ağakərim kişi ilə söhbətindən danışaraq dedi ki, şəhid atası ilə söhbət edərkən diqqətimi bir məqam xüsusilə cəlb etdi. Ata övlad həsrətindən danışmadı, onun üçün necə darıxdığından danışmadı. Millət və xalq birliyindən danışaraq söylədi ki, bu gün mənim yeganə arzum budur ki, bütün xalq birləşərək ölkə prezidentinin arxasında sıx birləşsin. O zaman düşmən üzərində qələbə çalacağıq və Mübariz kimi yüzlərlə şəhidimizin ruhu şad olacaq!

Sonra söz şagirdlərə verildi. Onlar Mübariz İbrahimovun həyatını əks etdirən səhnə və kompozisiyalarla çıxış etdilər. Mübarizin son məktubunu oxudular, ona həsr olunmuş prezentasiyalar nümayiş etdirdilər.  Milli Qəhrəmana həsr olunmuş poemalardan parçalar söylədilər, qəhrəmanlığı tərənnüm edən mahnılar və şeirlərlə çıxış etdilər. Tədbiri məktəbin ədəbiyyat müəllimi Nağıyeva Sevil  8 və 9-cu sinif şagirdləri ilə birgə təşkil etmişdi.

Tədbirdə Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, BŞTİ-nin Ümumi Təhsil Sektorunun baş məsləhətçisi Rəhman Baxşəliyev, “Xocalı soyqırımını tanıdaq”  İctimai birliyinin sədri Şamil Sabiroğlu, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev,  Nərimanov rayon veteranlar şurasının müavini Sevil Məmmədova və Seyid Əli Qarabağlı və muzeyin əməkdaşları iştirak edirdilər. Çıxış edənlərin hər biri bu cür tədbirlərin şagirdlərdə  vətənpərvərlik  ruhunun inkişafına xidmət etdiyini bildirib şagidlərə təşəkkür etdilər. Tədbirdən sonra məktəbin direktoru, şagird və müəllimlər, valideynlər, şəhid atası birlikdə Milli Qəhrəman Mübariz İbrahimovun qəbrini ziyarətə getdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi