Milli Qəhrəman Mübariz İbrahimovun evinə ziyarət təşkil edildi

 Məktəbimizdə şagirdlərin  vətənpərvərlik ruhunda tərbiyəsi istiqmətində mütəmadi  olaraq işlər aparılır. Bu dəfə də məktəb rəhbərliyinin təşəbbüsü ilə pedaqoji kollektivin nümayəndələri və şagirdlərin  Milli Qəhrəman Mübariz İbrahimovun doğulub boya-başa çatdığı  Biləsuvar rayonuna səfəri  təşkil edildi. Kollektivimiz ilk olaraq M.İbrahimovun ailəsini ziyarət edib. Milli Qəhrəmanın atası Ağakərim İbrahimov və ailə üzvləri ilə tanış oldular. Görüş zamanı  məktəbin direktoru Tahirə Şükürova  çıxış edərək, Mübarizin qəhrəmanlığından söz açıb, onun Azərbaycan gənclərinə nümunə olduğunu dedi. Xüsusi olaraq qeyd etdi ki, Mübarizin sürdüyü qısa, amma şərəfli həyatı, göstərdiyi şücayət böyüməkdə olan gənc nəslin milli ruhunun  yüksəlməsinə, vətənpərvərliyin inkişafına işıq salacaq. İndi hər bir azərbaycanlı onun mübarizə dolu həyatı ilə fəxr edir. Sonra ziyarət iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova  məxsus müxtəlif şəkillər, haqqında yazılmış kitablar, jurnallar və qəzetlərdən ibarət  guşə ilə tanış oldular. Təhsil aldığı məktəbə getmiş, müəllimləri ilə tanış olmuşlar. Görüş  zamanı şagird və müəllimlər Milli Qəhrəman Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışdılar.Qeyd etdilər ki “Mübariz qısa ömür yaşasa da canını vətən yolunda fəda etməsi ilə özündən sonra böyük bir igidlik, mübarizlik  məktəbi qoydu. Mübariz ölümün gözünə dik baxaraq, Vətən sevgisinin heç nə ilə əvəz olunmadığını bir daha sübut etdi.Bu şücaəti ilə Mübariz Azərbaycan gəncliyinə başucalığı gətirdi. Bu gün hər bir  gənc  Mübariz qəhrəmanlığından  örnək alır, nümunə götürür.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi