Nərimanov RPİ-nin əməkdaşları ilə görüş

Bu gün məktəbimizdə Nərimanov rayon Polis İdarəsinin nümayəndələrinin şagirdlərlə görüşü keçirildi. Tədbirdə Nərimanov RPİ-nin rəisi, polkovnik  Vaqif Müslümov,  Yetkinlik yaşına çatmayanların işi üzrə bölmənin rəisi polis polkovnik leytenantı Ruslan Hüseynov və Narkotiklərlə Mübarizə Bölməsinin rəisi polis polkovnik leytenantı  Qasım Hüseynov  iştirak edirdilər. Görüş maarifləndirici xarakter daşıyaraq, böyüməkdə olan gənc nəslin zərərli vərdişlərdən uzaqlaşdılmasına xidmət edirdi. Tədbiri məktəbin direktoru Tahirə Şükürova açaraq qonaqları təqdim edib salamladı. Sonra  psixoloq  Nəsibova Vüsalənin təşkilatçılığı və yuxarı sinif şagirdlərinin iştirakı ilə  “Sən hədəf deyilsən!” adlı ədəbi-bədii kompozisiya təqdim edildi. Kompozisiyada valideynın sözündən kənara çıxaraq  zərərli vərdişlərin aludəçisi olan gənclərin acı taleyi, acınacaqlı sonluğu nümayiş etdirildi. Sonda söz Nərimanov RPİ-nin rəisi, polkovnik  Vaqif Müslümova verildi. O çıxışında şagirdlərin ifasını çox bəyəndiyini söylədi. Zərərli vərdişlərin  insanların həm sağlamlığına,  həm də mənəviyyatına  ciddi zərbə vurduğunu  dedi və şagirdlərin suallarını cavablandırdı.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi