Kəlbəcərin işğal günü qeyd olundu

Azərbaycanın dilbər guşəsi olan Kəlbəcərin işğalının növbəti ildönümü günü münasibətilə bu gün  4 ”A” sinfində nümunəvi dərs keçirildi. Sinif rəhbəri Məlikova Sədaqət şagirdlərə ilk öncə erməni əsarətində olan torpaqlarımız haqqında ətraflı məlumat verdi. Şagirdlər ermənilər  tərəfindən zəbt olunmuş torpaqlarımızın işğal tarixlərini əzbər söylədilər. Kəlbəcərin igid oğullarından, Azərbaycanın Milli  Qəhrəmanı Şahlar Şükürov, Natiq Məlikovun  haqqında danışdılar. Vətəni və qəhrəmanları tərənnüm edən  şeirlər söylədilər. Şagirdlər eyni zamanda 1918-ci il  31 Mart-Azərbaycanlıların Soyqırım günü tarixini də andılar. Bu hadisələrin mahiyyəti haqqında ətraflı məlumat verdilər. Onlar söz verdilər ki, əzəli və əbədi düşmənlərimiz olan erməni nadanlığını unutmayacaqlar. Dərsin sonunda məktəbin direktoru Tahirə Şükürova çıxış edərək şagirdlərə maraqlı çıxışlarına görə təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi