Hərbçilərlə görüş keçirildi

Bu gün Azərbaycan Gənclər Fondunun Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin cəmiyyətə tanıdılması” layihəsi  çərçivəsində məktəbdə şagirdlərin  ehtiyatda olan döyüşçülərlə görüşü təşkil edildi. Tədbirdə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, “Hərbi  And”  qəzetinin redaktoru  Emin Həsənli, ehtiyatda olan polkovniklər Əmirov Həsən və Hikmət Ağayev, snayperçi xanım Növrəstə Yusifova iştirak edirdilər. Tədbiri giriş sözü ilə məktəbin direktoru Tahirə Şükürova açaraq qonaqları təqdim edib, salamladı. Şagirdlərdə vətənpərvərlik ruhunun artırılmasına töhfə verəcək bu cür görüşlərin onların tərbiyəsində böyük rolu olduğunu söylədi. Sonra söz  gələn qonaqlara verildi. Çıxış edən hərbçilərin hər biri Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş əsgərlərimizin döyüş yolu haqqında danışıb, onların mübarizə yolunu cəmiyyətə örnək, gənclərə nümunə olduğunu söylədilər. Şagirdlər üçün ən maraqlı çıxış isə Azərbaycanın kişi qeyrətli qadınlarından olan  snayperçi  Növrəstə xanımın öz döyüş yolu  haqqında danışdıqları oldu. Tədbirin sonunda məktəbin  tarix müəllimi G.Tanqrıverdiyevanın rejissorluğu və şagirdlərimizin iştirakı ilə  çəkilmiş yazıçı Günel Anarqızının “Keçmişə sarı” əsərinin motivləri əsasında çəkilmiş filmin nümayişi oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi