Ümumdünya Mülki Müdafiə Günü

Ümumdünya Mülki Müdafiə Günü 1 mart 1972-ci ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi bir gündür. Hər il 1 mart  Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd edilir. Məktəbimizdə də bu gün   5”Ç” sinfində xüsusi olaraq qeyd edildi. Sinif rəhbəri Orucəliyeva Esmiralda və hərbi rəhbər Salahov Akifin rəhbərliyi altında  təşkil edilən tədbirin əsas məqsədi şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarət oldu. Şagirdlər verilən tapşırıqların öhdəsindən layiqincə gəldilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi