"Üç zirvənin fatehi" adlı seminar

Bu gün 10-11-ci sinif şagirdləri  ədəbiyyat müəllimi Zeynalova Gülarə və məktəbin direktoru Tahirə Şükürova ilə birlikdə görkəmli alim, yazıçı və pedaqoq,  XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş Mir Cəlal Paşayevin ev muzeyinə getdilər. İlk öncə şagirdlər muzeyin əməkdaşı Elnur İmanbəylinin köməyi  ilə muzey haqqında maraqlı məlumatlar əldə etdilər. Ədibin şəxsi əşyaları,  kitabxanasında olan məhşur klassiklərin kitabları, bəzi  romanlarının əlyazmaları, müxtəlif şəxslərin ədibə ünvanladığı məktublarla yaxından tanış oldular. Sonra şagirdlər seminar zalına keçdilər. Burada ədəbiyyat müəllimi Zeynalova Gülarə şagirdlərlə “Üç zirvənin fatehi” adlı seminar-məşğələ keçdi. Seminarda şagirdlər Mir Cəlal Paşayevi alim, müəllim, yazıçı-publisist kimi təhlil etdilər, onun haqqında maraqlı faktlar söylədilər. Yazıçının həyat və fəaliyyətini əks etdirən slaydlara tamaşa etdilər. “Vətən yaraları” hekayəsindən, “Bir gəncin manifesti”  romanından səhnələr nümayiş etdirdilər. Dərs müddəti ərzində  rəssam  şagirdimiz  Nəsibli Ləman yazıçının portretini çəkdi. Sonda məktəbin direktoru Tahirə Şükürova Mir Cəlal irsi haqqında çıxış edərək dedi ki, illər ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, onun həm də xeyirxahlığı, böyük və əlçatmaz müəllimliyi, bəşəri insanlığı heyranlıqla qarşılanır və əsl örnək kimi sevilə-sevilə qəlblərdə özünə ucalıq, əlçatmazlıq heykəli qurur. Sonra muzeyin əməkdaşı Elnur İmanbəyli  şagirdlərə öz təşəkkürünü bildirdi. Məktəbin direktoru Tahirə Şükürovaya xatirə hədiyyəsi olaraq kitablar təqdim etdi. Ləmanın çəkdiyi portret isə muzeyə təqdim olundu. Şagirdlər muzeydən gözəl təəsüratlarla qayıtdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi