Xocalını unutmadiq!

Azərbaycan xalqının qan yaddaşına çevrilmiş Xocalı faciəsinin 27-ci ildönümü respublikamızın hər yerində olduğu kimi,  məktəbimizdə də anıldı. Məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgi təşkil edildi. Bu gün səhər məktəb pedaqoji kollektivinin və şagirdlərin  iştirakı ilə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra şagirdlərə Xocalı hadisələrini əks etdirən “Xoca” filmi  nümayiş etdirildi. Bütün siniflərdə ilk dərs Xocalı faciəsinə həsr olundu.  Müəllimlərimiz  məktəbin direktoru ilə birgə Xocalı abidəsinə təşkil olunmuş yürüşdə iştirak etdilər. Məktəbin tarix müəllimi Səlimova Gülüş 10-cu sinif şagirdlərinin iştirakı ilə  “Xocalını unutmadıq!” adlı ədəbi-bədii kompozisiya hazırladı. Rus dili müəllimi  Orucəliyeva Esmiralda 5-ci sinifdə seminar təşkil etdi. Hər bir seminarda şagirdlər Xocalı hadisələrini əks etdirən prezentasiyalarla çıxışlar etdilər, kompozisiyalar nümayiş etdirdilər. Sonda şagirdlər bu faciəni heç vaxt unutmayacaqlarına and içdilər və bütün vasitələrlə bu faciəni  dünya ictimaiyyətinə  çatdıracaqlarına söz verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi