"Valideynin məktəbdə bir günü" layihəsi

22  fevral tarixində məktəbdə BŞTİ-nin əmrinə əsasən “Valideynin məktəbdə bir günü” adlı layihə həyata keçirildi. Tədbirin proqramına əsasən valideynlər səhər 9-da məktəbə dəvət olundular. Onlar əvvəlcə məktəbin foyesində hazırlanmış şagirdlərin əl işlərindən ibarət sərgiyə baxdılar. Sonra məktəbin akt zalında tədbirin rəsmi açılışı oldu. Dövlət himninin səslənməsindən sonra məktəbin direktoru Tahirə Şükürova valideynləri salamladı. Onlara layihənin məqsədi haqqında ətraflı məlumat verdi. Sonra Tahirə Şükürova tədris ilinin yekunları, nəticələri haqqında danışdı. “Səmərəli məktəb” adlı təqdimatı ilə çıxış edərək söylədi ki, bu gün təhsilin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu bir vaxtda məktəbdə inkişafa xidmət edən, şagirdyönümlü, nəticəyönümlü mühitin formalaşdırılması mühüm əhəmiyyət kəsb edən amillərdən biridir. Məktəbdə inkişafın əldə edilməsi və təhsildə keyfiyyətin artırılması üçün isə müəllim-şagird-valideyn münasibətlərinin normal şəkildə qurulması bizim üçün prioritet məsələlərdən biridir. Ona görə də məktəbimizdə hər bir müəllim öz işini bu istiqamətdə sağlam şəkildə qurmağı qarşısına məqsəd olaraq qoymuşdur. 
Sonra valideynlər əvvəlcədən tərtib edilmiş proqram əsasında dərs prosesini izləmək üçün istədikləri siniflərə istiqamətləndirildilər. Saat 12-də yenidən zala dəvət olunan valideynlər şagirdlərimizin ifasında konsert proqramını izlədilər. Sonra Təlimə Dəstək Mərkəzinin mütəxəsisi Abdulla Qəhrəmanov çıxış edərək, məktəbdə tədrisin keyfiyyətinə təsir edən amillər haqqında danışıb öz tövsiyyələrini verdi. Tədbirin sonunda yazıçı  Günel Anarqızının “Keçmişə sarı” əsərinin motivləri əsasında, tarix müəllimi Gülnarə Tanqrıverdiyevanın senarisi, məzunumuz Fərid Müslümün rejissorluğu və şagirdlərimizin iştirakı ilə çəkilmiş filmin nümayişi oldu. Valideynlər filmdən çox böyük zövq alaraq gözəl təəssüratlarla məktəbdən ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi