Uşaq hüquqları üzrə pilləli tədris proqramı keçirildi

Bildiyimiz kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü  və Təhsil Nazirliyi ilə əməkdaşlığı  çərçivəsində  artıq bir neçə  ildir ki, orta ümumtəhsil məktəblərində ardıcıl olaraq Uşaq hüquqları üzrə pilləli tədris proqramı həyata keçirilir. Bu il ilk dəfə olaraq, bu gündən başlayaraq  bizim məktəbdə də bu təlim proqramı həyata keçiriləcək. Ombudsman aparatının nümayəndələri bu gün ilk dərsdə şagirdlərlə tanış oldular. Onlar uşaqlarla  “İnsan hüquqları nədir?” mövzusunda söhbət apardılar. Ümidvarıq ki, interaktiv şəkildə aparılan pilləli tədris prosesi şagirdlərin uşaq hüquqları sahəsində bilik  səviyyəsinin inkişaf  etdirilməsində  öz töhfəsini verəcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi