AMEA-nin Neft-Kimya Prosesləri İnstitutuna ekskursiya

11 fevral  tarixində 8-ci  sinif şagirdləri, məktəbin kimya müəllimi Hüseynli Yaqutla  bir yerdə  Azərbaycan  Milli  Elmlər Akademiyasının Akademik  Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun və Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə D.İ.Mendeleyevin  “Kimyəvi Elementlərin Dövri Qanunu”nun kəşfinin 150 illiyinə həsr olunan konfransda iştirak etdilər. Konfransı  akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun  direktoru, Akademik Vaqif Abbasov açaraq görkəmli rus alimi D.İ.Mendeleyevin 50 il bundan öncə yaratdığı elementlərin dövrü cədvəlinin rolu barədə məruzə ilə çıxış edib. D.İ.Mendeleyevin Bakıdakı fəaliyyəti  haqqında şagirdlərə maraqlı məlumatlar verdi. Tədbirdən sonra  AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov şəxsən şagirdləri Yusif Məmmədəliyevin memorial muzeyi ilə tanış etmiş, şagirdlərlə səmimi söhbət aparmışdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi