“Sən hədəf deyilsən!” adlı ədəbi-bədii kompozisiya

Müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və zərərli vərdişlərdir. Ən acınacaqlısı da budur ki, gənclər  və yeniyetmələr arasında bu cür  hallar  artmağa doğru gedir. Belə ciddi məsələni gündəmə  gətirmək  məqsədilə  12 fevral  tarixində məktəbdə  psixoloq  Nəsibova Vüsalənin təşkilatçılığı və yuxarı sinif şagirdlərinin iştirakı ilə  “Sən hədəf deyilsən!” adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Tahirə Şükürova açaraq gələn qonaqları salamladı. Sonra çıxış edərək bu bəlanın  insanların həm sağlamlığına,  həm də mənəviyyatına  ciddi zərbə vurduğunu  dedi.  O, qeyd etdi ki, bir məktəb olaraq bu cür zərərli vərdişlərdən uzaq olmağı böyüməkdə olan gənc nəslə aşılamaq  bizim üzərimizə düşür. Ona görə də bu məqsədlə məktəbimizdə mütəmadi olaraq  maarifləndirmə işləri aparılır. Sonra məktəbin direktoru sözü şagirdlərə verdi. Onlar hazırladıqları kompozisiyada valideynın sözündən kənara çıxaraq  zərərli vərdişlərin aludəçisi olan gənclərin acı taleyini, acınacaqlı sonluğunu nümayiş etdirdilər. Kompozisiya şagirdlər tərəfindən alqışlarla qarşılandı. Tədbirdə BŞTİ-nin inkişaf layihələri sektorunun aparıcı mütəxəsisi Xəyalə Rüstəmova, Təlimə Dəstək Mərkəzinin psixoloji xidmət üzrə metodisti Səidə Əhmədova, Nərimanov rayon İcra Hakimiyyətinin ictimai-siyasi əlaqələr şöbəsinin baş məsləhətçisi Nicat Məmmədov və Nərimanov rayon məktəblərinin psixoloq və şagirdləri iştirak edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi