2 fevral – Gənclər Günü münasibətilə görüş

1 fevral tarixində məktəbdə A.Şaiq adına Uşaq Kitabxanasının nümayəndələrinin yuxarı sinif şagirdləri ilə görüşü keçirildi. 2 fevral – Gənclər Günü münasibətilə keçirilən bu görüşdə kitabxananın nümayəndələri çıxış edərək, bu günün yaranma tarixi haqqında ətraflı məlumat verdilər. Söylədilər ki, Azərbaycanda Gənclər Günü 22 ildir ki, qeyd olunur. İlk dəfə 1997-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Gənclər Günü təsis edilib. Çünki Ulu Öndər gənclərə həmişə böyük qayğı, sevgi ilə yanaşırdı. Bu ənənəni bu gün də dövlət başçımız davam etdirərək, gənclərə böyük diqqətlə yanaşır. Azərbaycanda müasir gənclər siyasəti uğurla davam etdirilir. Görüşün sonunda kitabxananın nümayəndələri şagirdlərin suallarını cavablandırıb, onlarla maraqlı diskussiya apardılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi