20 yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir

20 Yanvar faciəsinin əsl mahiyyətini şagirdlərimizə daha dərindən izah etmək, bu tarixin  unudulmaması və gələcək  nəsillərə  dərindən çatdırılması  istiqamətində tədbirlərimiz davam edir. Bu gün 5”B” və 5”Ç” siniflərində sinif rəhbəri Cəfərova Dilarə və Orucəliyeva Esmiraldanın rəbərliyi altında bu mövzuya həsr olunmuş təşkilat saatı keçirildi. Şagirdlər faciənin  tarixi, baş  vermə  səbəbləri, tarixi  əhəmiyyəti  haqqında   məlumatlar verdilər. Bu mövzuya həsr olunmuş şeirlər və poemalardan parçalar söylədilər. Sonda şagirdlər and içdilər ki, xalqımızın azadlıq və istiqlaliyyəti uğrunda şəhid olan həmvətənlərimizin xatirəsini heç vaxt unutmayacaqlar!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi