ADA universitetinə ekskursiya

Bu gün 10-cu sinif şagirdləri  gələcəkdə peşə seçiminin düzgün istiqamətlənməsi məqsədi ilə  ADA universitetinə ekskursiya dəvət olunmuşdular. Şagirdləri universitetin nümayəndəsi Elşad Göyüşov qarşıladı. Ekskursiya ilk olaraq universitetin korpusları ilə tanışlıqdan başladı. Hər bir korpusun quruluşu, strukturu, interyeri haqqında ətraflı məlumat verdi. Şagirdlər Cənubi Qafqazın ən böyük kitabxanası sayılan universitetin  kitabxana korpusu  ilə yaxından tanış oldular. Sinif otaqları, akt zalı, bufeti gəzdilər. Sonra təqdimat zalında E.Göyüşov bu universitetin yaranma tarixi, fakültələri, məzunları, karyera mərkəzi, universitetin üstünlükləri və bu instituta qəbul qaydaları ilə şagirdləri yaxından tanış etdi. Sonda universitet nümayəndəsi şagirdlərin suallarını cavablandırdı. Şagirdlər ekskursiyadan gözəl təəssüratlarla qayıtdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi