Seminarın final mərhələsinin qalibi

Artıq xəbər verdiyimiz kimi, 9.01.2019-cu il tarixdə Nərimanov rayon 291№li ekologiya liseyində “Kiçik Akademiya”nın  məktəblərarası seminarı keçirilmişdi. Seminarda məktəbimizi 11”B” sinif şagirdi Vəlizadə İsa təmsil edirdi. Bu gün isə Nərimanov rayon 34 nömrəli məktəbdə seminarın final mərhələsi keçirildi. Seminarda şagirdlər, məktəb direktorları, BŞTİ-nin nümayəndələri iştirak edirdilər. Bu mərhələdə rayon üzrə seçilmiş 5 məktəbin şagirdləri yenidən çıxış etdilər, verilən sualları cavablandırdılar. Tədbirin sonunda şagirdlər Fəxri fərmanla təltif olundular. Seminarın qaliblərindən biri olan şagirdimiz Vəlizadə İsanı ürəkdən təbrik edir, ona uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi