Şagirdlərlə maarifləndirici söhbət aparıldı

Bu gün Nərimanov rayon Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi İradə Əliyeva şagirdlərlə maarifləndirici söhbət aparmaq məqsədi ilə məktəbimizdə qonaq oldu. İradə xanım, xüsusilə, kiçik yaşlı məktəblilərə infeksion xəstəliklər və onlardan qorunma yolları haqqında ətraflı məlumat verdi. Yoluxucu xəstəliklərin mənbəyi və onlardan yayınma yolları ilə şagirdləri tanış etdi. Hər gün sinif otagının havasını dəyişməyi, sinif otaqlarında oksigen mənbəyi kimi yaşıl bitkilər saxlamağı tövsiyə etdi. Sağlam qidalanmaq, zərərli qidalardan və vərdişlərdən uzaq olmağı tapşırdı. Hal-hazırda bütün dünyada dəhşətli virusların yayıldığı bir dövrdə şagirdlərlə bu cür maarifləndirici söhbətlərin aparılması fikrimizcə vacib və önəmlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi