Kiçik Akademiyanın növbəti məktəblərarası seminarı keçirildi

Bu gün Nərimanov rayon 291 saylı məktəb-liseydə “Kiçik Akademiya”nın növbəti məktəblərarası seminarı keçirildi. Seminarın  mövzusu “20-ci əsr Azərbaycan tarixi” idi. 2 gün davam edən seminarda 16 məktəbin şagirdləri iştirak etsə də, sona 5 məktəb qaldı. Onların arasinda bizim məktəb də var. Məktəbimizi seminarda 11 ”B” sinif  şagirdi Vəlizadə İsa təmsil edirdi. Şagirdimiz  “Qarabag düyünü” adlı mövzu seçmişdi. O, seçdiyi mövzu haqqında  ətraflı  məlumatlar verdi, prezentasiyalar nümayiş etdirdi. Münsiflər heyəti və şagirdlər tərəfindən verilən  müxtəlif sualları cavablandırdı. Seminarın mükafatlandırma  mərhələsi 11 yanvarda 34 nömrəli məktəbdə davam edəcək. Şagirdimizə uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi