Direktoryanı müşavirə keçirildi

Bu gün məktəbimizdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasındakı yeni Qaydasların” qəbulu ilə bağlı direktoryanı müşavirə keçirildi. İclasda sinif rəhbərləri, fənn müəllimləri iştirak etdilər və yeni qaydaları müzakirə etdilər. Yeni qaydalarda nəzərdə tutulan əsas dəyişikliklərdən biri summativ qiymətləndirmə ilə bağlıdır. Ona görə də məktəbin direktoru Tahirə xanım Şükürova,  ilk növbədə, summativ qiymətləndirmələrin keçirilməsi qaydalarındakı dəyişikliklərlə müəllimləri yaxından tanış etdi. Bildirdi ki, yeni qaydalara əsasən, Böyük Summativ Qiymətləndirmə (BSQ) təhsil səviyyələrinin sonunda, yəni IV, IX və XI siniflərdə bütün fənlərdən, V, VI, VII, VIII və X siniflərdə isə yalnız buraxılış imtahanları keçiriləcək fənlər üzrə aparılacaq. İbtidai siniflərdə isə şagirdlərinin yaş xüsusiyyətləri nəzərə alınaraq, I siniflərdə summativ qiymətləndirmə aparılmayacaq, II, III siniflərdə isə yalnız Kiçik Summativ Qiymətləndirmə (KSQ) olacaq. Formativ qiymətləndirmədəki dəyişiklik isə ondan ibarətdir ki, müəllim dərs ilinin yarımillərinin sonunda “Müəllimin formativ qiymətləndirmə dəftəri”ndəki qeydlər əsasında təhsilalanların yarıillik fəaliyyətinin qısa təsvirini hazırlamalı və həmin təsvir şagirdin fərdi qovluğunda saxlanılmalıdır. Müzakirənin sonunda pedaqoji kollektivin üzvləri bu qənaətə gəldilər ki, “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyası"ndakı dəyişikliklər  təhsilalanların  xeyrinə olaraq onların yükünün azalmasına xidmət edəcək və buraxılış imtahanlarına mükəmməl hazırlığını təmin edəcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi