Həmrəylik Gününü qeyd etdik

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türkdilli xalqların Konfransı keçirilirdi. Konfrans dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir. Həm də bu günü təkcə biz  yox, bütün dünya azərbaycanlıları  bayram edir. Yeni təqvim ilinin başlanması, həmçinin  Dünya Azərbaycanlılarının Həmrəylik Gününü məktəbimizin şagirdləri özünəməxsus şəkildə qeyd etdilər. Şaxta babaya şeirlər söylədilər, mahnılar oxudular, şənləndilər. Biz də  Azərbaycan xalqını "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və Yeni il münasibətilə təbrik edir, bol sevinc, ruzi-bərəkət arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi