Şagirdlərimizin uğuru davam edir

24 dekabr 2018-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş “Junior Show Your Dance 2018” adlı rəqs müsabiqəsi keçirildi. Tədbirdə məktəbimizi təmsil edən 6 ”A” sinif şagirdi A.Səid və 4”C” sinif şagirdimiz H.Oqtay qalib olaraq Fəxri Fərmanla təltif edilmişlər. Şagirdlərimizi ürəkdən təbrik edir, onlara uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi