Riyaziyyatdan bilik yarışı keçirildi

Dekabr ayı riyaziyyat aylığı olduğu üçün riyaziyyat müəllimləri H.Leyla, M.Sevincin təşəbbüsü ilə 7-ci siniflərin fəal şagirdləri arasında riyaziyyatdan bilik yarışması keçirildi. Hər 4 sinfin şagirdlərinə əvvəlcədən hazırlanmış suallar və tapşırıqlar təqdim edildi. Vaxt tamam olduqda yazı işləri yığıldı və müəllimlər tərəfindən yoxlanıldı. 7-ci siniflər üzrə 1-ci yerin qalibi Cabbarzadə Nicat, 2-ci yerin qalibi Mehdiyev Elşən, 3-cü yerin qalibi Hacılı Pakizər, 4-cü yerin qalibi Hüseynzadə Rəvan oldu. Qalib şagirdlər məktəbin direktoru tərəfindən fəxri fərmanla təltif edildilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi